"Qərbin maskası yırtılıb. Artıq açıq oynayır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın hər jestinə bir qarşılıq verir. Rusiya-İsrail-Türkiyə İttifaqına münasibət bildirir. "Atatürk" hava limanı Avropanın ən ciddi qorunan strateji məkanlarından biridir. Orada quş quşluğu ilə uça blməz, nəinki avtomatlı terrorist. Demək ki, aeroportun təhlükəsizlik xidmətinə aylar ya da illər öncə emissar yerləşdirilib və bu gün "düymə" basılıb". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, canlı bombalar (kamikadzelər) bütün hallarda psixotrop maddələrlə anlaqsız vəziyyətə gətirilən icraçılardır: "Onlar yalnız prosesin "icra-ölüm" mərhələsində istifadə olunur. Qətlin lokal planını quran əsl simalar isə çox güman terror anında yaralıları, ölüləri təcili yardım maşınına daşıyanların arasındadır. Antalya da daxil digər istiqamətlərə birbaşa və transfer uçuşlarını həyata keçirən hava limanı son 6 ay ərzində ən gərgin qrafiklə məhz bu gün işləyib. "Gediş" terminalının seçilməsi də təsadüfi deyil: "23.00-23.50" - ara məsafəli uçuşlar "Atatürk"ün ana reysləri hesab olunur. Həmin radələrdə giriş qapısından uzanan növbələr qaçılmazdır və cinayətkar dəstə o təəsüratı yaratmaq istəyib ki, hadisə daxildən deyil, çöldən içəri nəql edilib".
E.Musayev əlavə edib ki, təyyarə uçuşları və giriş-çıxış hazırda bağlıdır: "Bu tam yalnış bir təhlükəsizlik strategiyasıdır. Nəzərə alsaq ki, terror olayı mil dəqiqliyində hesablanıb, o zaman "B"variantı da nəzərdən keçirilə və panik durumda hər an ikinci (növbəti) terror aktı törədilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB