Baqdasaryan: “Ermənilərsiz Ermənistan proqramı icra olunmaqdadır” XOF
"Dördgünlük müharibədən dərhal sonra İrəvanda baş qaldıran mitinqlər nəinki Azərbaycanın hərbi arsenalının modernləşdirilməsinə qarşı idi, eləcə də Rusiyanın apardığı siyasətə etiraz məqsədini daşıyırdı". SİA xəbər verir ki, bu fikirləri Ermənistan ali məclisinin deputatı Albert Baqdasaryan ru.1in.am saytına açıqlamasında bildirib.
"Bizdə mitinqlər Havadan Müdafiə Komplekslərinin geri qaytarılmasına, elektrik enerjisinin qiymətinin artmasına, Avetisyanlar ailəsinin qətliamına görə baş verir. Bütün bunlar bir-birinə zəncirvari olaraq düzülüb"-deyə Baqdasaryan qeyd edib.
Erməni deputat bu cür mitinqlərə dəstək verdiyini deyib və bildirib ki, bütün bunların qarşısını almaq üçün birləşərək konsolidasiya əldə etmək vacibdir: "Əks halda ermənilərsiz Ermənisrtan siyasəti yürüdülməkdə davam edəcək. Hazırda bu proqram icra olunmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB