Hafiz Hacıyev: "Əli Kərimlinin olduğu yerdə böyük xəyanətlər baş alıb gedir" SƏRT AÇIQLAMA
"Nə etmək olar, bu cür hallar həmin dəstədə adət şəklini almış hadisələrdir". Sözügedən fikirləri SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev ölkədə fəaliyyət göstərən rusdilli saytların birində (haqqin.az, 16 iyun, 2016, 21:11) AXCP sədri Əli Kərimlinin həyat yoldaşı Samara Seyidovaya Gültəkin Hacıbəyli vasitəsilə xəyanət etməsi barədə gedən yazıya münasibət bildirərkən deyib.
MMP sədrinin fikrincə, bu hadisə ola da bilər, olmaya da bilər, ancaq ola bilmək ehtimalı daha çox görünür: "Yəni bu baş veribsə belə, təəccüblənməyə dəyməz. Onsuz da biz desək də, deməsək də Əli Kərimlinin olduğu yerlərdə böyük xəyanətlər baş alıb getməkdədir. Bunların haradan qaynaqlanmasını isə bilənlər çox gözəl bilir".
Hafiz Hacıyev sözügedən cameənin xəyanətə alışıq olduğunu deyərək, bu kimi addımların dövlət maraqlarına qarşı da yönəldiyini qeyd edib: "Belə xəyanətlər yalnız şəxsi zəmində deyil, bütün zəminlərdə baş qaldırıb. Bunlar dövlətə də xəyanət edənlər sırasındadırlar. Məsələn, bunlar yaxınlarda Avropa nümayəndələrinin Bakıya səfəri zamanı onlarla görüşlər keçirdilər və iddia etməyə başladılar ki, tezliklə hakimiyyətə gəlmək fikrindədirlər. Təəssüf ki, sadəlöhv camaatımız da var ki, bunlara inanırlar. Halbuki, sadəlöhv insanlar bunların daxillərində baş verənlərdən xəbərsizdirlər. Bir misal gətirim. Bu günlərdə Milli Şurada təmsil olunan qadınların fikirləri yayıldı. Onlar bu videoda iyrənc fikirlər səsləndirirdilər. Dövlət rəhbərliyini, hakimiyyəti hədəfə alan bu ünsürlərə qadın demək də olmur. Onlar qadına yaraşmayan fikirlər irəli sürməklə açıq-aşkar daxillərindəki çirkablarını ortaya çıxarmış oldular. Bunlardan başqa nə isə gözləməyə də dəyməz".
Partiya sədri belə xəyanətkarlara bəzi naxələflər tərəfindən dəstək verildiyini də iddia edib: "Təəssüf ki, bəzi adamlar da var ki, belələrinə pas ötürməklə məşğuldurlar. Belələrinə naxələf demək lazımdır. Həmin naxələflər Azərbaycan xalqına, dövlətinə qarşı fəaliyyət göstərən "Azərbaycan saatı" adlı verlişi də maliyyələşdirirlər. Ancaq kimsə unutmasın ki, biz belələrinin qarşısını tezliklə alacağıq, heç də özlərini arxayın hissi etməsilər. Ən azından, Kərimov Əlinin işi ilə şəxsən özüm məşğul olacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB