“Milli tariximizi bilmənin və ona sahib çıxmanın vacibliyi”

“Milli tariximizi bilmənin və ona sahib çıxmanın vacibliyi”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması" layihəsi çərçivəsində "Milli tariximizi bilmənin və ona sahib çıxmanın vacibliyi" adlı təlim-konfrans keçirilib. SİA-nın məlumatına görə, toplantının iştirakçıları əsasən tələbə-gənclər, araşdırmaçılardan ibarət olub.

Toplantını giriş sözü ilə ictimai birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O milli tariximizi dərindən mənimsəmənin, ona sahib çıxmanın önəmindən bəhs edərək bildirib ki, hər bir xalq haradan gəlib, hara getdiyini yaxşı bilməlidir. Keçmişini bilməyən bir xalq milli tarixi yaddaşını, qan yaddaşını unutmuş, assimilyasiya olunmuş kimidir.

Millət vəkili, professor Musa Qasımlı tarixi bilməyin, ona sahib çıxmağın, ibrət almağın vacibliyindən danışıb. Bildirib ki, tarixi keçmişdən ibrət almaq üçün və gələcəkdə səhvlər buraxmamaq üçün öyrənmək lazımdır.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının professor əvəzi, siyasi elmlər doktoru Elçin Əhmədov mövzu ilə bağlı çıxış edərək bildirib ki, milli tarixi bilmək gənclərin üzərinə düşən ən ümdə vəzifədir. Məhz belə layihələrin həyata keçirilməsinin gənclərin tarixi bilməsi baxımından çox vacibdir. İnformasiya müharibəsi şəraitində tariximizin dərindən öyrənilməsi lazımdır ki, özümüzü təbliğ edə bilək. Tariximizi yaşatmaq və təbliğ etmək üçün dərin savada sahib olmaq lazımdır deyə məruzəçi bildirdi.

Daha sonra müzakirə edilən məsələyə dair çoxlu suallara cavablar verilib və çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə