Türkiyə prezidenti Məhəmməd Əlinin dəfnində iştirak edəcək

Türkiyə prezidenti Məhəmməd Əlinin dəfnində iştirak edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu məqsədlə Ərdoğan iyunun 7-də ABŞ-a gedəcək.

Xatırladaq ki, əfsanəvi boksçu Məhəmməd Əli iyunun 4-də ABŞ-da 75 yaşında dünyasını dəyişib. O, 30 ildən artı Parkinson xəstəliyindən əziyyət çəkib. M.Əli ağır çəkidə üç dəfə dünya çempionu titulu qazanmış yeganə boksçudur. 25 illik karyerası ərzində M.Əli 56 döyüşdə qalib gəlib və bunlardan 37-i nokautla olub.

Bütün xəbərlər Facebook səhifəmizdə