Türkiyənin Baş naziri: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa çağırırıq"

Türkiyənin Baş naziri: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa çağırırıq"

"Almaniya parlamentinin qərarından sonra Azərbaycan mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Alimaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır: "Bundestaqın qondarma "erməni soyqırımı" barədə qərarının tamamilə yanlışdır. Ümid edirəm ki, bu yalnışlıq tezliklə aradan qaldırılacaq Almaniyada 3 miilyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırım törədilib. Nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib. Lakin Türkiyənin tarixi şəffafdır. Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik.

TAP və TANAP layihələrinin regionun enerji təhlükəsizliyində böyük rol oynadığını dilə gətirən Baş nazir qeyd edib ki, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə v Avropa ölkələrinin qaz ehtiyacları təmin olunacaq

Binəli Yıldırım Azərbaycan Prezidentini avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışına dəvət edib: "Həmin açılış mərasiminə Azərbaycan Prezilenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəf olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə