"Bəzi qüvvələr insan haqlarından istifadə edərək Azərbaycana təzyiq etməyə çalışırlar"
"Bəzi qüvvələr məhz insan haqlarından istifadə edərək Azərbaycana təzyiq etməyə çalışırlar". SİA-nın xəbərinə görə, bu fikirləri İnsan Haqları üzrə İşçi Qrupunun həmsədri Səməd Seyidov qrupun Milli Məclisdə keçirdiyi dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məhz Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi işlər, eləcə də ölkəmizin məhkəmə sisteminin müstəqil qərarlar çıxarması və bu sistemin yüksək fəaliyyəti nəticəsində Ali Məhkəmənin qərarları əsasında məhbusların azadlığa buraxılması, şərti cəzaçəkmə məsələlərin həyata keçirilməsi ölkəmizə qarşı kampaniya aparan qüvvələrin qarşısını aldı: "Avropa Şurasının iclaslarında çıxış edən hər kəs Azərbaycanda demokratik islahatların, xüsusilə də insan haqları ilə bağlı atılan mühüm addımlarla bağlı öz fikirlərini bildirirlər. Bu baxımdan düşünürəm ki, işçi qrupunun faəliyyəti əvəzolunmazdır. Biz həm Azəraycanda, həm də beynəlxalq təşkilatlarla fəaliyyət göstərməklə sübut etdik ki, qərarları kiməsə görə qəbul etmirik".
S. Seyidov qeyd edib ki, insan haqları və onun müdafiəsi elə bir prosesdir ki, daim nəzarətdə, diqqətdə olmalıdır: "İnkişaf edən, hətta inkişaf etməkdə olan ölkələrdə də insan haqları ilə bağlı problemlər mövcuddur. Hansısa problemlərin yaranması istisna deyil. Bu baxımdan hesab edirik ki, insan haqları ilə bağlı məsələ ölkələrə qarşı seçilmiş, hanısa ölkənin təhlil etmək formasında tətbiq edilməməlidir. Ümumbəşəri problemlər bütün dünya təşkilatları tərəfindən hər bir ölkədə ciddi təhlil olunmalıdır. Düşünürəm ki, İnsan Haqları üzrə İşçi Qrupu öz fəaliyyətini yüksək səviyyədə təşkil edərək davam etdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB