Prezident: "2017-ci ildə artım olacağına inanıram"

Prezident: "2017-ci ildə artım olacağına inanıram"

"Azərbaycan müstəqilliyinin 25-ci ildönümündədir. Azərbaycan bu illər ərzində müstəqil yaşamağa qadir olduğunu göstərib". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakıda 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 2016-cı il neft ölkələri, o cümlədən Azərbaycan üçün sınaq ilidir: "Ölkəmiz bu sınaqdan uğurla çıxır. 2017-ci ildə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq. Əsas məqsədlərimizdən biri sosial layihələrin ardıcıl icra edilməsidir. Azərbaycanda pensiyalar, təqaüdlər 10 faiz qalxıb, bütün sosial layihələr icra edilir. Neftin qiymətlərinin aşağı düşməsi sınaq üçün vacib oldu. Xarici investorlar bizə inanır. Dünyanın aparıcı ölkələrinin rəhbərləri sərgiyə xüsusi maraq göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə