Xocalı soyqırımında iştirak etmiş daha bir şəxsin adı bəlli olub. SİA-ya daxil olan məlumata görə bu, 22 aprel 1986-cı ildən 10 mart 1992-ci ilə qədər 366-cı motoatıcı alayda xidmət edmiş mayor Vladimir Ponomaryovdur. Belə ki, Ponoporyov soyqırımı günü Xocalı sakinlərinə qarşı birbaşa vəhşiliklərin törədilməsində iştirak edib. Onun onlarla insanı qətlə yetirdiyi bildirilir.
Hazırda Rusiyanın Yuqa şəhərindəki Texnoloji Universitetinin dosenti olan bu qatil nəinki törətdiyi bəşəri cinayətlərinə görə peşman olmayıb, əksinə qətliamın üzərindən 24 il keçməsinə baxmayaraq hələ də Ermənistan hakimiyyətinin və lobbisinin sifarişlərivə pulu ilə anti-azərbaycan fəaliyyəti ilə məşğul olur. Adıçəkilən ali məktəbdə humanitar təhsil və xarici dillər kafedrasının dosenti olan bu qaniçən həmçinin tarix elmləri namizədi kimi də tanınır. Belə ki, o 30.01.2013-cü ildə Ermənistanın müdafiə nazirliyinin D.Kanyan adına Milli Strateji Araşdırmalar İnstitunda "Dağlıq Qarabağ konfliktinin dinamikası" (1988-1994) mövzusunda "dissertasiya" müdafiə edib. Vladimir Ponomoryovun əsas "elmi fəaliyyət" istiqaməti – Türkiyədə və Azərbaycanda "erməni soyqırımı", Dağlıq Qarabağda muxtariyyətin yaradılması, Azərbaycan-erməni münasibətlərinin hazırkı vəziyyəti və konfliktin "yaranma səbəbləridir".
Qeyd edək ki, daxil olmuş məlumata görə, "facebook" sosial şəbəkəsində "hərbi xəbərlər və məlumatlar" adlı rəsmi səhifədə də Vladimir Ponomoryov haqqında təfsilatlı məlumatlar yerləşdirilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB