Qondarma "dqr" silahlı qüvvələrinin ilk "müdafiə naziri", general-leytenant Samvel Babayanın Ermənistana geri döndüyü bildirilir. SİA-nın məlumatına görə, bu barədə yazan "armtoday" agentliyi xəbər verir ki, ounn işğalçı ölkəyə dönüşü "vətəndaş təşəbbüsü" sayəsində baş tutub. Qeyd edək ki, Qarabağ torpaqlarının işğalında müstəsna rolu olan və işğal dövrü mülki azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən Samvel Babayan ermənilər tərəfindən "qəhrəman" kimi qarşılanıb.
"Armtoday" aprel döyüşlərindən sonra məlğub vəziyyəti pərdələməkdən ötrü yazır ki, Samvel Babayanın təcrübəsi bu gün də erməni ordusuna lazımdır və ona görə də son illər daimi yaşayış yeri olan Moskvadan İrəvana geri dönüb.
Xatırladaq ki, aprel hərbi əməliyyatlarından vaxtı işğal altında olan mühüm strateji əhəmiyyətə malik yüksəkliklər o cümlədən, 2000 hektar ərazilərimiz düşmən tapdağından azad edildikdən sonra Serj Sarkisyan hakimiyyəti bir neçə yüksək rütbəli generalı işdən azad edib. O cümlədən, daha bir neçə zabitin paqonları çıxarılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB