Şöbə rəisi: “5 mütəşəkkil dəstə zərərsizləşdirilib” MÜNASİBƏT

Şöbə rəisi: “5 mütəşəkkil dəstə zərərsizləşdirilib” MÜNASİBƏT

"Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var". SİA-nın məluamtına görə, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov KİV nümayəndələri üçün keçirilən seminarda çıxışı zamanı deyib.

Şöbə rəsisinin sözlərinə görə, Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir: "Əcnəbi vətəndaşlar Azərbaycana leqal və qeyri-leqal yolla daxil olurlar. Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır".

Qüdrət Məmmədov əlavə edib ki, hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib: "Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Hazırda Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var".

Bütün xəbərlər Facebook səhifəmizdə