“İstanbul sammiti Avropaya bir mesajdır” ŞƏRH

“İstanbul sammiti Avropaya bir mesajdır” ŞƏRH

"Azərbaycan humanitar sahələri prioritet olaraq üstün tutmaqla yanaşı, bununla bağlı dünya siyasətinə də öz tövsiyələrini verib. Bu baxımdan Azərbaycan Prezidentinin İstanbulda keçirilən sammitdə iştirakı təqdirəlayiqdir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Elşən Musayev Azərbaycan Prezidentinin İstanbulda Dünya Humanitar Sammitində iştirakı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanın humanitar məsələlərlə bağlı mövqeyinə nəzər salsaq görərik ki, ölkəmizin bu sahə ilə bağlı dünyaya, Avropaya, eyni zamanda öz vətəndaşlarına verə biləcəyi məqamlar çoxdur: "Bu gün Avropada humanitar məsələlərlə ən çox maraqlanan Azərbaycan və Türkiyə Respublikalarıdır. Bunun da köklü səbəbləri var. Hazırda dünyada beynəlxalq konvensiyalara əməl edilməməsi, humanitar normaların və vətəndaş hüquqlarının pozulması kimi problemlər var. Bu gün ölkəmizin əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Ərazi bütövlüyümüzlə bağlı beynəlxalq sənədlərin olmasına baxmayaraq, onlara əməl edilmir".

E. Musayev qeyd edib ki, bütün humanitar norma və proqramlar vətəndaş marağına yönəlib: "Bu gün Avropada mövcud olan problemlərin kökü də humanitar sahə ilə bağlıdır. Dünyada bütün məsələlər humanitar aspektə yönəlib. Hətta Türkiyənin keçmiş baş naziri sayılan Əhməd Davudoğlu AŞPA-dakı1 saatlıq çıxışını məhz bu məsələyə həsr etmişdi. Bundan başqa, Azərbaycan Prezidentinin bütün beynəlxalq tədbirlərdə etdiyi çıxışları bu xəttə, istiqamətə yönəlib. Ölkə başçımız çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün dünya, Avropa ikitərəfli oynayır. Onların söylədikləri həqiqətlərlə eyni deyil. hazırda dünyada miqrant, qaçqın və köçkün problemi yaşansa da, Avropa bu məsələyə çox diqqətsiz yanaşır. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın humanitar sahə ilə bağlı ortaq mövqe nümayiş etdirməsi, eləcə də İstanbulda keçirilən sammit Avropaya bir mesajdır".

Bütün xəbərlər Facebook səhifəmizdə