Millət vəkili: "Qapı-qapı gəzib təkliflərimizi verməliyik"

Millət vəkili: "Qapı-qapı gəzib təkliflərimizi verməliyik"

"Heç bir elm və təhsil maliyyəsiz inkişaf edə bilməz". SİA-nın xəbərinə görə, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov parlamentin bugünkü iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, dəqiq elmlərlə məşğul olan institutlar ən azından 50 faizdən yuxarı özü-özünün maliyyə təminatını həyata keçirməlidir: "Təklif edərdim ki, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan institutlar hesabat verərkən öz elmi-tədqiqatları nəticəsində büdcədən kənar nə qədər vəsait cəlb etdiklərini qeyd etsinlər. Biz adətən gözləyirik ki, hansısa təşkilat və şirkət sifariş versin və bunun əsasında işlər görülsün. Lakin biz qapı-qapı gəzib öz təkliflərimizi verməliyik. Ən azından 3 təklifdən biri keçəcək".

Magistrlara hərbi xidmətdən möhlət verilməsi məsələsinə münasibət bildirən S.Novruzov bildirib ki, bu məsələ "Elm haqqında" qanunun predmeti deyil: "Bu məsələ "Hərbi Səfərbərlik haqqında" qanunun predmetidir. Çünki, kimlərin hərbiyə çağrılılıb-çağırılmaması həmin qanunda əskini tapıb. Həmin qanuna dəyişiklik olmadan biz onu "Elm haqqında" qanuna layihəsinə əlavə edə bilmərik. Bu məsələ razılıq əsasında olmalıdır. Aprel ayının əvvəllərində baş verən döyüşlər göstərdi ki, gənclərin çoxu könüllü olaraq orduya yazılmaq istiyirdilər. Məhz bu istəkdən sonra bu tələb o qədər də əhəmiyyət kəsb etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə