Elmar Məmmədyarov: “Danışıqlar tez bir zamanda başlamalıdır” MÜNASİBƏT

Elmar Məmmədyarov: “Danışıqlar tez bir zamanda başlamalıdır” MÜNASİBƏT

"Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov KİV-ə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə