Sergey Lavrov ABŞ dövlət katibi ilə görüşəcək

Sergey Lavrov ABŞ dövlət katibi ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Vyanada bu gün baş tutacaq görüşdə Suriya və Ukraynadakı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər. SİA-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavini jurnalsitlərin suallarını cavablandırarkən deyib ki, bu gün başlıca mövzu Suriya və Dağlıq Qarabağdır, lakin Ukrayna və ikitərəfli münasibətlər də müzakirə ediləcək.

Qeyd edək ki, Sergey Lavrov bu gün Vyanada Kerri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə