"Korrupsiya Ermənistanı çökdürəcək"

"Korrupsiya Ermənistanı çökdürəcək"

"Ermənistanda korrupsiyanın səviyyəsi ölkəni çökdürəcək". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu "Transparency International" Anti-Korrupsiya Mərkəzinin rəhbəri Varujan Oktanyan jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın baş nazirinin korrupsiya ilə bağlı bəyanatına toxunan mərkəz rəhbəri söyləyib ki, Ovik Abramyanın səsləndirdiyi fikirlər insanlarda ikili təəssürat yaradıb: "Ölkədə vəziyyət bu cür davam edərsə, bu, dövlətçiliyin itirilməsinə səbəb olacaq. Apreldəki müharibə bunu bir daha təsdiq etmiş oldu".

Başqa ölkələrin təcrübələrinə toxunan mərkəz rəhbəri bəzi məqamları açıqlayıb: "Belə davam etmək olmaz. Korrupsiyanın "xaç ataları" fəaliyyətlərində müvafiq dəyişikliklər etməyə başlayıblar".

"Problemin həlli bağlı konkret addımlar atılmalıdır, lakin bunu görmürəm. Ermənistanda korrupsiyanın kökündə siyasi inhisarçılıq dayanır. Bundan əlavə Ermənistanda siyasi və biznes elitası arasında balans yoxdur"- deyən, Varujan Oktanyan problemin həllinə ümid etməyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə