Nazim Abbasov: “Aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib”
"Aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib". SİA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələr zamanı məlumat verib.
641 yaşayış evinə ziyan vurulduğunu deyən N. Abbasov Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozduğunu qeyd edib.
"Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. Altı nəfərin ölümünə yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri səbəb olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir"- deyə, idarə rəisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB