Nazir cəbhəboyu zonada inşa işlərinin gedişatını yoxlayıb

Nazir cəbhəboyu zonada inşa işlərinin gedişatını yoxlayıb

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar. SİA-nın məlumatına görə, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə