Aydın Mirzəzadə: "Ermənistan parlamentində bu məsələnin müzakirəsi sadəcə siyasi şou idi" MÜNASİBƏT
"İşğal etdiyi zonanı müstəqil dövlət kimi tanımaq Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmə tam aydın olmasına gətirib çıxaracaq. Beynəlxalq aləmdə artıq Ermənistan buna qədər ona olan açıq və yaxud da gizli dəstəkdən məhrum olacaq. Ən əsası isə Azərbaycan buna cavab kimi danışıqlar prosesindən çıxacaq və hərbi əməliyyatlara başlamaq üçün əlində əsas olacaq. Yəni, bütün bunların məlum olmasına baxmayaraq Ermənistan parlamentində bununla bağlı müzakirə keçirmək sadəcə siyasi şoudur ki, yenə də uğursuzluqla nəticələndi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sİyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin (DQR) müstəqilliyi məsələsini parlamentdə müzakirəyə çıxarmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllində müxtəlif avantürist yollardan istifadə etməyə çalışır: "Azərbaycan torpaqlarını işğal etməsi, eyni zamanda orada qondarma bir rejim yaradaraq ona beynəlxalq status vermək istəməsi bu qəbildən olan məsələlərdir. Vaxtaşırı həmin qondarma rejimi tanıyacağı ilə bağlı Azərbaycana qarşı təhdidlər edir. Aprelin 2-5-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Ermənistan bu variantı yenidən işə saldı. Amma hər kəsə aydın idi ki, Ermənistan buna cürət edə bilməyəcək. Heç bir halda işğal olunmuş torpaqlar hər hansı bir status əldə edə bilməz. Bu, ancaq Azərbaycanın ərazilərinin taleyi ilə bağlı Azərbaycanla razılaşdırılmış bir məsələ olmalıdır. Azərbaycan isə dəfələrlə bu məsələdə prinsipial mövqeyini bildirib. İşğal olunmuş zonalardan Ermənistanın qoşunları çıxardılmalıdır, Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilə bilər. Ermənistan istəsə də, istəməsə də buna razılaşmalıdır. Əks halda Ermənistanın dövlətçiliyinin özü böyük şübhə altına düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB