Qanunsuz sahibkarlıqla məşğul olanlar cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar

Qanunsuz sahibkarlıqla məşğul olanlar cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar

Milli Məclisin iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklik müzakirə edilib.

Müzakirələr zamanı bildirilib ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə