Müdafiə Nazirliyi yeni açıqlama yaydı MÜNASİBƏT

Müdafiə Nazirliyi yeni açıqlama yaydı MÜNASİBƏT

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə Ermənistanın gündəmə gətirdiyi məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan kriminal hərbi-siyasi rejimi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır: "Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə