Aparat rəhbəri: “Milli Şura”da insanlara yalançı vədlər verilir” AÇIQLAMA

Aparat rəhbəri: “Milli Şura”da insanlara yalançı vədlər verilir” AÇIQLAMA

"Ümumiyyətlə, "Milli Şura" ilə bağlı gözləntilər və onun qarşısına qoyduğu məqsədlər reallığa çevrilə bilmədi". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, təbii ki, bu da təşkilat daxilində müəyyən gərginliklərə və narazılıqlara səbəb oldu: "Məhz buna görə də oradan xeyli sayda insanların istefa verməsinin şahidi oluruq. Eləcə də bu, insanlara onlara verilən vədlərin yerinə yetirilməməsinə söykənir. Güman edirəm ki, istefalara ilk səbəb bununla bağlıdır. İkincisi, MŞ-nın kifayət qədər yaxşı idarə edilməməsi ilə bağlıdır. Çünki insanlara uzun illərdir yaxşı sözlər, vədlər verilir, amma onlar həyata keçirilmir. Bu səbəbdən də oradan qopmalar baş verir və daxili narazılıqlar baş qaldırır. Narazılıqlar baş qaldıranda isə bəzi insanlar oranı könüllü tərk etmək istəmirlər və etirazlarını bildirirlər. Belə olan halda isə həmin insanlar şuradan çıxarılır".

Bütün xəbərlər Facebook səhifəmizdə