Ermənistanın "Demokratik Vətən" Partiyası Ermənistanın hakim rejiminə qarşı bəyanatla ilə çıxış edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, aprelin əvvəllərində təmas xəttində baş verənlər Ermənistanda hakim rejiminin aciz, bədbəxt, əxlaqsız təbiətə malik olduğunu bir daha göstərdi.
"20 ildir ki, onlar cəmiyyəti aldadır, hakimiyyət dəyişikliyinə mane olan şəxsləri satqın adlandırırdılar. Lakin bu 4 günlük müharibə onların bu miflərini dağıtdı. Hakim rejim 2004-cü ildə saxta seçkilərlə hakimiyyətə gələrək, "Üzük" əməliyyatını keçirdi və 2008-ci ilin martın 1-də isə xalqı güllə ilə üz-üzə qoydu. Bütün bunlardan sonra siyasi müxalifət, o cümlədən cəmiyyətin böyük bir hissəsi əmin idi ki, ordu Ermənistanın təhlükəsizlik qarantı olacaq və o talan edilməyəcək.
Serj Sarkisyan bəyan etdi ki, Azərbaycan ordusunu neftdən gələn gəlirləri hesabına gücləndirir, Ermənistan isə ordusunu yalnız büdcə daxilində deyil, ondan kənar maliyyə hesabına gücləndirmək qabiliyyətinə malikdir. Bununla da Sarkisyan növbəti dəfə əhalini aldatmış oldu. Amma buna baxmayaraq 4 günlük müharibə zamanı hakim rejimdən fərqli olaraq əhali qəhrəmanlıq göstərərək əsgərlərin yanında oldu. Cəbhədə baş verənlər fonunda hazırkı rejimin dərs götürəcəyini düşünən siyasətçilər isə yanıldılar"- deyə, bəyanatda qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB