Politoloq: “ABŞ-ın mövqeyində Azərbaycana yaxınlaşma var” MÜNASİBƏT
"ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
Mərkəz sədrinin sözlərinə görə, ABŞ dinamik mövqe nümayiş etdirir: "ABŞ-ın mövqeyində ermənipərəstlikdən uzaqlaşma, Azərbaycanın mövqeyinə yaxınlaşma var: "Birincisi, ABŞ heç bir şərt daxilində münaqişənin ən gərgin dövründə Ermənistanı qane edən çağırış etmədi, bəyanat vermədi. ABŞ adından ermənilərin lehinə səslənmiş bəyanatların müəllifi ənənəvi konqresmenlər və ABŞ-dakı erməni təşkilatlarıdır. Kim Kardaşyanın Dağlıq Qarabağla bağlı etdiyi müraciətin mətni də onun mənşəyi ilə əlaqəlidir.
İkincisi, ABŞ-ın vitse-prezidenti C.Bayden Azərbaycan və Ermənistan prezidentinə çağırış etdi: Dağlıq Qarabağda tam miqyaslıtənzimləmə, sabitlik, təhlükəsizlik və hər iki ölkənin çiçəklənməsi üçün hədsiz vacibdir. ABŞ-ın Ermənistandakı səfirliyi bir daha yada saldı ki, ABŞ-ın rəsmi şəxslərinə Dağlıq Qarabağa getmək qadağandır. ABŞ Dövlət Departamenti bir neçə dəfə sülhə çağırışlar etdi.
Üçüncüsü, ABŞ-da yaşayan, Vençur investisiyalarla məşğul olan Flagship Ventureserməni milyoner Nubar Afeyan Yerevanda olarkən Azərbaycanla münasibətlərin normallaşdırılmasının zəruriliyini bildirdi. Müqayisə üçün deyək ki, onun rusiyalı dostu, milyarder R.Vardanyan isə Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində fəaliyyət göstərir. E.Cerecyanı da ABŞ-ın aktivləşdirdiyini ehtimal etmək olar.
Dördüncüsü, dörd günlük müharibə başlayarkən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da idi. Bunu nəzərə alaraq ermənilər müharibənin başlanmasını İlham Əliyevin ABŞ-dan narazı qalması ilə əlaqələndirirlər.
Beşincisi, Dağlıq Qarabağ müharibəsi ABŞ-ın əlində Rusiyanın resurslarını tükədən alətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB