Tural Abbaslı: “İdarəçilikdə naşılığı aydın görünür” Arif Hacılıya İSMARIC

Tural Abbaslı: “İdarəçilikdə naşılığı aydın görünür” Arif Hacılıya İSMARIC

"Hər hansı bir partiya tarixi adının verdiyi üstünlük və ancaq əvvəlki mübarizə yolunun hesabına elə güclü qalacağını düşünürsə, yanılır". Bunu SİA-ya Müsavatın keçmiş Divan üzvü, AĞ Blokun təsisçisi Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Müsavatın əvvəlki kimi ana müxalifət partiyası olaraq hakimiyyətə ən iddialı qurum olması üçün partiyadaxili birlik və demokratiya qorunmalıydı: "Müsavatın Qurultayından sonra sədr seçilmiş Arif Hacılının ancaq partiyanın keçmişinin verdiyi üstünlüyə istinad edərək fəaliyyət göstərmək niyyətində olduğunu onun atdığı yalnış addımlardan duymuşduq. Ancaq yeni sədr idarəçiliyinin rahat olması üçün demək olar ki, partiyanın bütün nüfuzlu şəxslərini küsdürdü və partiyanın kənardakı dostlarını, dəstək verənlərini əlinin tərsi ilə itələdi. Təbiidir ki, bütün bu yalnış və ziyanlı siyasətdən sonra Müsavat zəifləməliydi. Bir anlıq düşünəndə ki, partiya bərpa olunan gündən bu yana onunla çiyin-çiyinə gəlmiş "Yeni Müsavatın" dostluğunu və dəstəyini belə itirdilər, o zaman bu idarəçiliyin naşılığı və yarıtmazlığı daha aydın görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə