Millət vəkili: “Prezident və xanımı daima xalqın yanındadır” AÇIQLAMA
"Prezident, Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri bir daha göstərdi ki, cənab Prezident və xanımı daima xalqın yanındadır". Bunu SİA-ya açıqlamasında, professor, millət vəkili Musa Qasımlı deyib.
O qeyd edib ki, dövlət başçısı və xanımının hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olması, şəxsi heyətlə, cəbhə xəttində yerləşən kəndlərdə sakinlərlə görüşməsi xalq və dövlətin sıx birliyinin göstəricisidir: "Cənab Prezident bir daha göstərdi ki, bütün məsələlər şəxsi nəzarətindədir. O, vəziyyətlə yerində tanış olaraq lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri əhalimiz və hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB