Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər.
Tədbirlərdə NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" mövzularında brifinqlər təqdim olunub.
Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı və elmi-pedoqoji kadr hazırlığı üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də hərbi təhsilin perspektivləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB