YAP Quba rayon təşkilatının 10-cu konfransı keçirilib

Bu gün YAP Quba rayon təşkilatının 10-cu konfransı keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə YAP İdarə Heyətinin üzvü, BDU-nin rektoru, akademik Abel Məhərrəmov, partiyanın icra katibliyinin məsul işçisi Araz Xudadanov və rayon icra hakimiyyətinin başçısı iştirak edib. Konfrans öncəsi tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Bundan sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açıb. O, konfransa başlamazdan əvvəl Ümummilli Liderin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Daha sonra Azərbaycan himni səsləndirilib. Dövlət himnindən sonra konfransın gündəliyində duran məsələlər müzakirə üçün konfarans iştiraksçılarına təqdim olunub. Rayon təşkilatının fəailiyyəti haqqında, Nəzarət-təftiş qrupunun hesabat məruzələri və konfransın qətnaməsinin təsdiq edilməsi məsələləri gündəliyə salınıb.

Təşkilatı məsələlərə rayon təşkilatının Şura üzvlərinin seçilməsi, rayon təşkilatının idarə heyətinin üzvlərinin seçilməsi, rayon təşkilatının sədrinin seçilməsi, həmçinin rayon təşkilatının nəzarət-təftiş qrupunun üzvlərinin seçilməsi və cari məslələr də konfransın gündəliyinə salınıb. Konfransın gündəliyinin bu qaydada olunması yekdilliklə qəbul olunub. Konfransın gündəliyi qəbul olunduqdan sonra YAP-ın Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev hesavbat məruzəsi ilə çıxış edib.

Nəzarət-təftişqrupunun hesabatı ilə əlaqədar məruzə ilə çıxış edən Nəzarət-təftiş qrupunun sədr müavini Cəlal Qədirov təşkilatın yaradıldığı gündən onun geniş təbliği sahəsində görülən işlərdən danışıb.

Konfrans öz işini dinlənilən məruzələr ətrafında çıxışlarla davam etdirib. Məruzələr ətrafında çıxış edən BDU-nin rektoru Abel Məhərrəmov Qubanın gündən-günə abadlaşdığını, daha müsir şəhərlər sırasında dayandığını bildirib.

Çıxışlardan sonra qərar lahiyəsi hazırlanıb və qətnamə qəbul olunub. Qətnamə qəbulundan sonra YAP Quba rayon təşkilatının Şurası və İdarə Heyyəti seçilib, şuraya yeni üzvlər seçilib. Konfransda YAP-nın Quba rayon təşkilatının sədri vəzifəsi rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidova həvalə olunub.

Tədbirdə partiyanın Quba rayon təşkilatının işi yüksək qiymətləndirilib. Konfransın sonunda partiyaya yeni daxil olan üzvlərə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...