Yeni AXCP yeni təklifini müzakirəyə çıxardı FOTOLAR

Yeni yaradılımış Azərbaycan Xalq Cəbhəsi Partiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarla əlaqədar "Vahid Qərar Şurası"nın yaradılmasını hökumətə təklif edib. SİA-nın məlumatına görə, partiya təkliflərini bu gün Beynəlxalq Mətbuat Mərkəzində ictimai müzakirəyə çıxarıb.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra AXCP-nin sədri Razi Nurullayev çıxış edərək bildirib ki, iqtidar və ya müxalifət mövqeyindən asılı olmayaraq Dağlıq Qarabağ məsələsinə birmənalı yanaşma ilə hər kəs hakimiyyətə dəstək olmalıdır: "Dağlıq Qarabağ münaqişəsindən siyasi məqsədlər üçün istifadə etmək, divident qazanmaq xəyanətkarlıqdır və torpaq satmağa bərabərdir. Biz bəzən hakimyyəti, parlamenti, nazirləri tənqid edirik. Ancaq Dağlıq Qarabağ məsələsi, hərbi ilə bağlı heç bir tənqid ola bilməz. Cəbhədə baş verən son hadisələrdən sonra Azərbaycan xaqlı çox böyük birlik və həmrəylik göstərdi. Bu birlik danışıqlar zamanı Prezidentin mövqeyini daha möhkəmləndirəcək. Bu səbəbndən də "Vahid Qərar Şurası"nın yaradılması haqqında təkliflər vermişik".

Daha sonra təkliflər haqqında məlumat verililib. Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə