Fəzail Ağamalı: “Dinc sakinlərə qarşı təxribatlar dayandırılmalıdır”

Deputat Fəzail Ağamalı da bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı son 3 gündə cəbhə xəttində baş verən hadisələrə toxunub. O bildirib ki, çox təssüf ki, işğalçılıq siyasətini davam etdirən faşist düşüncəli psixopat Sarkisyan, eləcə də eyni düşüncəli erməni cəmiyyəti var.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir: "Amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə atəş aşır. Onun bu addımı həmin rejimin tam mahiyyətini ortaya qoyur. Bununla bağlı Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan ordusu öz sözünü deməlidir. Eyni zamanda regioan bundan yaxa qurtarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə