Elşən Musayev: “Əli Kərimlidə azərbaycanlı anlayış yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan siyasətində bəlli fiqurlar var ki, onlar ortalıqda, gündəmdə qalmaq istəyirlər. Hətta bunun üçün hər şeyə əl atırlar. Təbii ki, onlardan biri də AXCP sədri Əli Kərimlidir. Bu insanlar anlamır ki, siyasətin əsas məqamlarından, prioritetlərindən biri ümummilli məsələlərdə nüfuz qazanmaq, xalqın beyninə, psixologiyasına sirayət etməkdir". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, onların Dağlıq Qarabağla, Azərbaycan əsgəri, hərbi vəziyyətlə bağlı düşüncələri də eynidir: "Həmin şəxslərin psixologiyası çürükdür. Ümumiyyətlə Əli Kərimlidə azərbaycanlı anlayışı yoxdur. Onun beynində yalnız hakimiyyət anlayışı və öz rəqibindən qisas almaq anlayışı var. Bu insanlarda hər bir formada, hər iyrəncliyin müqabilində gündəmdə qalmaq arzusu var. Artıq onlar tükəniblər və bilmirlər nə danışırlar. Məncə onlar gedib müalicə almalıdırlar ki, həyatda qalmaq uğrunda mübarizə aparsınlar".

E.Musayev əlavə edib ki, Qarabağ məsələsi Azərbaycanın ən həssas məsələsidir: "Cənab Prezident İlham Əliyev bütün əməli fəaliyyəti, uğurlu siyasəti, gücü ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır. Bunun müqabilində artıq qarşı tərəfin də hər cür yalanla "Meydan TV"-dən tutmuş "Azadlıq" adında iftira maşınına qədər sərsəmləmələri heç bir nəticə verməyəcək. Bu gün Əli Kərimli Azərbaycan siyasətində nəinki birinci, heç min birinci adam ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...