Millət vəkili: “Forum dünyanın qarşısında duran məsələlərin həllində əhəmiyyətli dövr oldu” AÇIQLAMA

Millət vəkili: “Forum dünyanın qarşısında duran məsələlərin həllində əhəmiyyətli dövr oldu” AÇIQLAMA

"BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dünya qarşısında duranın məsələlərin həllində çox əhəmiyyətli bir dövr oldu".Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə forum haqqında danışarkən deyib.

Onun sözlərinə görə, belə bir tədbirin dünyanın diplomatik mərkəzinə çevrilən Bakı şəhərində keçirilməsi, beynəlxalq aləmdə ölkəmizə verilən dəyərin göstəricisi idi: "Bakı beynəlxalq birlikdə ən möhtəşəm tədbirlər keçirə, dünyada stabilliyin qorunmasına, inkişafa töhvə verə bilən mərkəz kimi tanınmağa başlanıb. Dünyanın 147 ölkəsindən gələn nümyaəndə heyətləri tədbir çərçivəsində sivilizasiya qarşısında duran məsələləri müzakirə etdilər. Onlar həmçinin Azərbaycanın inkişafı ilə tanış ola bildilər".

A.Mirzəzadənin fikrincə, forumda iştirak edən ölkələrin bir çoxunda gələcək inkişaf modelini məhz Azərbaycandan nümunə götürəcəkləri bərəsində təəssürat yaranmağa başladı: "Mən forumun ilk iclasında iştirak etdim və orada olan işgüzarlığın, müzakirələrə olan marağın yüksək səviyyədə olduğunun şahidi oldum. Açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışından sonra yaranan ab-hava ümumən forumun təkan verici şüarına çevrildi".

Millət vəkili forum çərçivəsində qəbul edilən Bakı Bəyənnaməsi haqqında da fikirlərini bildirib. O qeyd edib ki, sənəddə dünya qarşısında duran məsələlər öz əksini tapıb: "Tədbirdə dünya qarşısında duran məsələlərin həllinə əməkdaşlıq, birgə fəaliyyət nəticəsində nail olunmasının vacibliyi vurğulandı. Hesab edirəm ki, forum həm əməkdaşlıq, həm müzakirələr, həm də fikir mübadiləsi baxımından geniş platformaya çevrildi".

Bütün xəbərlər Facebook səhifəmizdə