"Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmürük". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci Qlobal Forumunda iştirakı zamanı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Səfir deyib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün işləyəcək: "ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülh sazişi üzərində işləməyə çağırır. Biz münaqişə tərəflərini atəşkəs rejiminə əməl etməyə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB