"2004-cü ildən etibarən baş nazirimizin çıxışını hazırlayarkən qarşımızda böyük, yeni çağırışlar var idi. Məhz o zamandan belə qənaətə gəldik ki, BMT eləcə də, bir sıra benəlxalq təşkilatlar terrorizmlə mübarizədə yeni üsullar tapsın". SİA-nın xəbərinə görə, bu fikirləri İspaniyanın keçmiş xarici işlər naziri Miguel Ángel Moratinos bu keçirilən forumun son plenar iclasında səsləndirib.
O bildirib ki, Bakıda toplanmaqlarının əsas səbəbi konkret həll yollarını müzakirə etməkdir: "Bu isə davamlı inkişaf, hədəf və məqsədlərdən biridir. Təbii ki, BMT-nin Sivilizasiyalar Alyansının təkamül prosesinə nəzər yetirəndə ümumbəşəri anlaşmaların necə formalaşdığını görmüş oluruq. İndi sayımız 150 ölkəni əhatə edir. Ona görə də düşünürəmm ki, bir-birimizi anlamalı, dərk etməliyik. İkinci məsələ daha çevik olmalı, hədəflərimizə çatmalıyıq. Bu forumda əsas 4 məsələni müzakirə etdik ki, bunun da nəticəsini qənaətbəxş hesab etmək olar. Dünya ölkələrində bir sıra problemlər olsa da, bütünlükdə bu problemin həllinə nail ola bilərik. Bakıya gəlib "Bakı bəyannaməsini" qəbul etdik. Biz mütləq şəkildə bu bəyannaməni icra etməliyik. Təsəvvür edin ki, bunu beynəlxalq deyil, hətta bələdiyyə səviyyəsində edə bilərik. "Bakı bəyannaməsi" gözəl fürsətdir ki, burada nəzərdə tutulan punktlar yerinə yetirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB