"Mən Forumun təşkilinə görə, Azərbaycan hökumətinə təşəkkür edirəm. Bu gün dünyada davam edən çağırışlara gəldikdə məlum olur ki, bu cür müzakirələrə davam etməliyik". SİA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Khalid Usman Qaiser BMT-nin Sivilizasiyalar Alyansınln Dostlar Qrupunun iclasında çıxış edərkən deyib.
Səfir bildirib ki, dini, irqçi, mədəni fərqlərə tolerant yanaşma sülh və dostluq üçün vacibdir: "Alyans çərçivəsində göstərilən səylər davam etdiriləcək. Biz Alyansın fəaliyyətini dəstəkləyirik. Pakistan da bu istiqamətdə işini davam etdirir. Pakistan multikultural səyləri dəstəkləyir. Bizdə azlıqlar günü qeyd edilir və bu cür tələbələrə təqaüd verilir. Pakistan Alyansın təşəbbüsünü yüksək qiymətləndirir. Biz davamlı şəkildə Alyansın fəaliyyətinə dəstəkləyəcək ki, dünyada sülhə, tolerantlığa nail ola bilək. Biz bu platformaya siyasi dəstəyimizi verməliyik. Gərginlik olmamalıdır".
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana çıxışında forumun uğurlu şəkildə təşkil olunduğunu dilə gətirib: "Hindistan çoxmədəniyyətli cəmiyyətə malikdir. Hindistan dinləri ilə fərqlənir. Lakin inklüziv cəmiyyətlə bağlı mövzulara diqqətlə yanaşırıq. Mədəni müxtəliflik qorunmalıdır. Sülh və qarşılıqlı anlaşma bir-birini dəstəkləyən faktorlardır. Brüsseldə, Parisdə törədilən terror aktları onu göstərdi ki, burada dini amillər mühüm rol oynayır. Biz inklüziv cəmiyyət yaratmaq istəyiriksə, gənclər arasında ədavət hislərinin yayılmasına mane olmalıyıq. Bizim dəyərlərimiz demokratik cəmiyyət yaratmaqdır. Bu, çətin vəziyyətdən çıxmağın yeganə yoludur. Radikallaşmanın qarşısını almaq üçün bu, çox vacibdir. Tolerantlıq, qanunun aliliyi, insan hüquqları kimi məsələlərə xüsusi diqqət etməliyik".
Şimali Koreyanın Azərbaycandakı səfiri Kim Chang-gyu söyləyib ki, Azərbaycan bu forumun təşkilində yorulmaz fəaliyyət göstərib:"Əsrlər boyu Azərbaycanda adət-ənənələr formalaşıb. Müxtəlif dinlər burada sərbəst şəkildə yaşayıb. Biz çox düzgün məkan seçmişik. Hazırda beynəlxalq cəmiyyətdə müxtəlif çağırışlarla üzləşirik. Bütün bunlar bizi qorxudur. Dinlər arasında dözümsüzlük hallarını müşahidə edirik. Böyük miqrasiya davam edir, zorakı ekstremizm artır. Belə bir dövrdə Alyansın rolu çox əhəmiyyətlidir. Bütün bunlar cəmiyyətlər arasında parçalanmaya təsir edə bilər. Bakı Bəyənnaməsini imzaladıq, burada gənclər, miqrasiya, təhsil, mətbuat sahəsində aparılacaq işləri dəstəkləyirik. Zorakı ekstremizmin gənclər arasında yayılma səbəblərini araşdırmalıyıq. Burada keyfiyyətli təhsil mühüm rol oynayır. İnsan hüquqları, dözümlülük sahəsində ölkəmiz müxtəlif qurumlarla əməkdaşlıq edir. Bu işlərimizə bundan sonra da davam edəcəyik. Biz müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələri yüksəltməliyik. Belə olan zaman inklüziv cəmiyyətin yaradılmasına mühüm töhfə vermiş olarıq".
Montenoqronın Azərbaycandakı səfiri Branko Miliç söyləyib ki, BMT-nin Dayanıqlı İnkişaf proqramına baxdıqda görürük ki, dünyada mövcud olan problemləri yalnız bir ölkə aradan qaldıra bilməz: "Biz bu sahədə birgə fəaliyyət göstərməli, problemlərə qarşı mübarizə aparmalıyıq. Lakin burada siyasətçilər daha da aktiv olmalıdır. Biz zorakı ekstremizmə qarşı mübarizə üçün lazımi şərait yaratmalı, dözümsüzlüyü azaltmalıyıq. Cinsi, dini mənsubiyyətə görə qoyulan məhdudiyyətlərin qarşısı alınmalıdır. Cəmiyyətin bütün təbəqələri bu işə qoşulmalıdır. Ən əsası insan hüquqları qorunmalı, korrupsiyaya qarşı mübarizə aparılmalıdır. Gender bərabərliyi sayəsində azlıqların hüquqların qorunması əsas prioritetlərdən olmalıdır. Dini, milli və etnik əsaslarla təcrid olunmaya qarşı müqavimət göstərilməlidir. Regional üsullar hazırlamışıq və bu üsullar sayəsində təsirimizi artıracağıq. Forumun nəticələri konkret strategiyaların yaradılmasına şərait yaradacaq problemlərin həllinə töhfə verəcək".
Əlcəzairin xarici işlər naziri səfir Hamid Boukrif deyib ki, ölkələr arasında məhsuldar əməkdaşlıq qurulmalıdır: "Təcridolunma halları artmaqda davam edir. Dialoq insanların düşüncəsini dəyişdirir. Forum universal dəyər sisteminə söykənməlidir. Universal prinsiplər qarşılıqlı hörmət, prinsiplər ətrafında birləşib, konsepsiyalar və proqramlar hazırlamalıyıq. Standartların formalaşdırılması bizə bu işdə yardımçı ola bilər. Hər bir cəmiyyətin üzvləri daimi barışıq anlaşma dəyərlərinə xidmət etməlidir. Əlcəzair xalqının mədəni mahiyyətini tolerantlıq təşkil edir. Biz terrora yox deyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB