Türkiyə prezidenti: "Bu gün məsumların gözü Bakıdadır"

"Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu Forumda 2 gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək Bəyannaməni gözləyir". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Türkiyə prezidenti deyib ki, Foruma qatılan dini və siyasi liderlərin üzərinə düşən vəzifələr var: "Sivilizasiyalar Alyansı birgə yaşayış hədəflərinə nail olacağını həm məsumlara, həm də zalımlara gur səslə çatdırmaılyıq. Mədəniyyətlər İttifaqı ilə bağlı maddi və siyasi dəstəyimizin davam edəcəyini bəyan etməliyik. Mən bu istiqamətdə Foruma uğurlar arzulayıram ".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...