Ölkə başçısı: "Multikulturalizm xalqların həyatını daha da yaxşılaşdıracaq”
"Multukulturalizm trendlərinin gücləndirilməsi çox müsbət tendensiya ola bilər. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfə verməlidirlər. Çünki bunun əksi ksenofobiyadır". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı söyləyib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib: "Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun nəticəsidir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. İqtisadi islahatlar da siyasi islahatlarla paralel aparılır".
Azərbaycanın zəngin enerji resurslarına malik olduğunu dilə gətirən Prezident İlham Əliyev söyləyib ki, əsas məqsəd qara qızılı insan kapitalına çevirməkdir: "İslahatların aparılması göstərir ki, iqtsiadiyyatımız şaxələndirilmiş iqtsiadiyyatdır və neft-qazdan olan aslılığımız azalır".
Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi böyük əhəmiyyətə malikdir: "Şərq-Qərb nəqliyya dəhlizi yeni bir ipək yolu olacaq. Azərbaycan Şimal-Cənub Dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədə olsa, daha çox inkişaf edə bilərlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB