Obama qərarından vaz keçdi

ABŞ prezidenti Barak Obama 11 sentyabr hadisələrində Səudiyyə Ərəbistanının rolunun olduğunu ifadə edən və Riyad rəhbərliyinə ABŞ-da iddia açıla bilməsi ehtimalını daşıyan qanuna qarşı çıxıb. SİA xəbər verir ki, "CBS This Morning" proqamında Çarli Rozun suallarını cavablandıran Obama 2001-ci ildə baş verən terror aktında Səudiyyə Ərəbistanının rolunun olduğunu ifadə edən qanun təklifinə qarşı çıxdığını açıqlayıb.

Prezident vurğulayıb ki, o, bu qərara sadəcə ABŞ və Səudiyyə Ərəbistanı arasında mövcud olan ikitərəfli əlaqələr baxımından qarşı çıxmır, bu qərar digər ölkələrdə yaşayan fərdlərin də ABŞ-a qarşı məhkəmə iddialarının qaldırılmasının təməlini qoymuş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə