“Yaxın zamanda sosial evlərin tikintisinə başlanılacaq” Baş nazirin müavini
"Sosial evlərin tikilməsi məsələsi uzun müddətdir müzakirə olunur. 4-5 il öncə Milli Məclisdə bu tipli evlərin tikilməsi ilə əlaqədar təklifimi irəli sürmüşdüm. Hazırda sosial evlərin tikintisi məsələsi gündəmdədir və inanırıq ki, yaxın zamanda evlərin tikintisinə başlanılacaq". SİA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini qeyd edib ki, layihənin həyata keçirilməsi üçün ilk növbədə vəsaitlərin cəlb olunması məsələsi həllini tapmalıdır: "Düşünürəm ki, bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Sosial evlərin inşasında əsas məqsəd aztəminatlı əhalinin ucuz evlərə sərfəli şərtlərlə sahib olmasıdır. Xüsusilə yeni ailə quran gənclərin mənzilə ehtiyacları böyükdür. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Ona görə də mənzilə ehtiaycı olan lakin azad satışdakı mənzilləri almaq imkanı olmayan insanların məznillə təmin olunmasına dövlət öz dəstəyini göstərir. Sözügedən layihə sosial sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi çox mühüm layihələrdən biridir. Bu, eyni zamanda yeni iş yerləri deməkdir. Belə ki, bina inşasında çoxlu sayda insanlar işləyə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB