Nazir AEBA baş direktorunun müavinini qəbul edib

Nazir AEBA baş direktorunun müavinini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan K.Heydərov bildirib ki, FHN yarandığı ilk gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir AEBA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA baş direktorunun müavini D.Yanq FHN ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər zamanı AEBA-nın nümayəndə heyəti FHN-in "İzotop" xüsusi kombinatında da olub, kombinatın fəaliyyəti ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə