Əli Kərimlini daha bir siyasətçi ittiham etdi

Əli Kərimlini daha bir siyasətçi ittiham etdi

"Ümumiyyətlə elə məsələlər var ki, burada iqtidar-müxalifət mövqeyindən çıxış etmək düzgün deyil". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki anti Azərbaycan fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cəbhə ilə bağlı hadisələrdə hamı bir nəfər kimi Azərbaycan vətəndaşı mövqeyini ortaya qoymalıdır: "Xüsusilə hamımızın yaralı yerimiz olan Dağlıq Qarabağ məsələsində bir olmalıyıq və eyni mövqedən çıxış etməliyik. Burada başqa yol olmamalıdır. Cəbhədə son 4 gündür gedən döyüşlər Türkiyənin sosial şəbəkələrində də çox geniş əks olunub. Onlar göstəriblər ki, baxın, azərbaycanlılar kimi düşmənə qarşı vahid mövqedən çıxış etmək lazımdır. Azərbaycan xalqı hər zaman erməniləri öz torpağımızdan çıxarmağa hazırdır. Son 4 günlük döyüşdə də biz çox böyük uğurlar əldə etdik. Ermənistan dövləti öyünürdü ki, onların müdafiə xəttini heç kim yara bilməz. Amma Azərbaycan ordusu qısa müddətdə nəyə qadir olduğunu göstərdi və həmin fikir tamamilə alt-üst oldu.

Təbii ki, belə bir vaxtda Azərbaycanın daxilində ordumuzun bu qələbəsinə qarşı hansısa fikir söyləmək nə siyasi fəaliyyətə, nə də Əli Kərimlinin mövqeyinə yaraşır. Bütün bunlara bir daha yenidən baxmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə