Azərbaycan Prezidenti İlham Əliyev və Bakıya rəsmi səfərə gələn Rusiya baş naziri Dmitri Medvedev arasında təkbətək görüş başlayıb. SİA-nın xəbərinə görə, görüş zamanı Prezident İlham Əliyev ölkələr arasında əlaqələrin intensiv inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı söyləyib ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atıb: "Azərbaycan öz növbəsində Ermənistanın layiqli cavabını verib. Rusiyaya bu istiqamətdəki səylərinə görə təşəkkür edirəm. Cəbhədə baş verənlərlə bağlı Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib".

Prezident İlham Əliyev söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilə bilər.

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdarlıq xarakteri daşıyır: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə adi vəziyyət deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir və Rusiya bu məsələnini həlli istiqamətində əlindən gələni əsirgəməyəcək".

Daha sonra görüş qapalı şəraitdə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...