2016-cı il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum - 2016"nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri Zati-aliləri cənab İlham Əliyevə "İlin islahatçısı" nominasiyası üzrə "Caspian Energy Award" beynəlxalq mükafatı təqdim olunacaq. Caspian European Club-dan SİA-ya verilən xəbərə görə, bunu Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
"Caspian Energy Award" beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhvəyə görə Caspian Energy-nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. "Caspian Energy Award" beynəlxalq mükafatı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyi ilə təşkil olunur.
Telman Əliyevin sözlərinə görə, Caspian Energy International Media Group-un təşkil etdiyi beynəlxalq foruma Caspian European Club-un (Caspian Business Club) deleqatları gələcəklər.
Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan Caspian Energy Forum keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhliz layihələri, Xəzərin resurs potensialı məruzəçi, deleqat və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian Business Forum baş tutacaq. Caspian Business Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq.
Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk və işgüzar naharın təşkil olunması nəzərdə tutulub.
Forumun rəsmi saytı: www.CaspianEnergyForum.com
Mükafatın rəsmi saytı: www.CaspianEnergyAward.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB