Bakıda Azərbaycan-Rusiya-İran XİN rəhbərləri görüş keçirir YENİLƏNİR
Bu gün Azərbaycan-Rusiya-İran Xarici İşlər Nazirləri rəhbərlərinin üçtərəfli formatda görüşü keçirilir. SİA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparılması, xüsusən perspektivli nəqliyyat layihələrinin və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət mövzusunun müzakirə olunması planlaşdırılır. Xatırladaq ki, söhbət hər üç ölkənin ərazisindən keçən və şimal ölkələrini Orta Şərqlə birləşdirən "Şimal-Cənub" dəmir yolu dəhlizindən gedir. Bu marşrutun işə salınması və cəzbedici olması üçün Moskva, Bakı və Tehran hüquqi, iqtisadi və strateji xarakterli məsələləri razılaşdırmalıdırlar. Bir müddət əvvəl Moskva bununla bağlı Tehranla ikitərəfli məsləhətləşmələr aparıb. Bakı da bu mövzunu İran tərəfi ilə müzakirə edib. Üçtərəfli formatda və bu səviyyədə məsələ müzakirə olunmayıb.
Hələlik Bakıda nazirlərin görüşünün yekunlarına görə hər-hansı sənədlərin imzalanmasının planlaşdırılıb-planlaşdırılmadığı məlum deyil. Görüş başa çatdıqdan sonra hər üç nazirin birgə iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB