Diaspor təşkilatları bəyanat göndərib

Kanadada fəaliyyət göstərən Azərbaycan Kvebek Assosiasiyası, Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Ontario Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Ticarət Palatası, Kanada-Azərbaycan Tələbələr Assosiasiyası, Kanada Azərbaycan Qadınlar Assosiasiyası, Kanada Azərbaycan Gənclər Assosiasiyası, Ottava Azərbaycan Cəmiyyəti və Azərbaycan-Türkiyə Dünya Qadınları Cəmiyyəti Kanadanın qanunverici orqanlarına bəyanat göndərib. SİA-nın məlumatına görə, bəyanatda Kanada azərbaycanlıları adından Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş torpaqlarındakı hərbi vəziyyətin son günlərdə gərginləşməsindən dərin narahatlıq hissi keçirildiyi bildirilib. Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində dinc Azərbaycan əhalisinin atəşə tutulması qınanılıb, beynəlxalq ictimaiyyət baş verənlərlərə biganə yanaşmamağa çağırılıb.

"Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çağırırıq. Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon (ümumilikdə Azərbaycan torpaqlarının 20%-i) Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Biz inanırıq ki, Kanada BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə dəstək verir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Kanadadan və dünya ictimaiyyətindəm xahiş edirik ki, Ermənistana BMT TŞ-nın qətnamələrini yerinə yetirmək və beynəlxalq hüquq normalarına riayət etmək üçun təzyiq etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...