XİN atəş nəticəsində dəyən ziyanı açıqlayıb MÜNASİBƏT

XİN atəş nəticəsində dəyən ziyanı açıqlayıb MÜNASİBƏT

Azərbaycan Xarici İşlər Nazirliyi 2-5 aprel tarixlərində ermənilərin mülki şəxslərə və yaşayış evlərinə açdığı atəş nəticəsində dəyən ziyanı açıqlayıb. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SİA-ya verdiyi məlumata görə, 32 yaşayış məntəqəsinə atəş açılıb: "24 nəfər yaralanıb. 206 şəxsi evə ziyan dəyib. Yaralananlardan 9 nəfər Ağdamdan, 4 nəfər Tərtərdən, 8 nəfər Goranboydan, 1 nəfər Füzuli, 2 nəfər Ağcabədidəndir".

O əlavə edib ki, Ermənilərin açdığı atəş nəticəsində 4 nəfər mülki şəxs isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə