Avstraliyalı ekspert qətnamələrin icrasını TƏLƏB ETDİ

“The Washington Times”: “Erməni hərbi birləşmələri cəbhə xətti boyu təxribatlar törətsə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı cavab alıb”
Avstraliyalı ekspert qətnamələrin icrasını TƏLƏB ETDİ

ABŞ-da nəşr edilən "The Washington Times" qəzeti tanınmış avstraliyalı siyasi analitik, Yaxın Şərq, postsovet ölkələri və Avrasiya üzrə ixtisaslaşmış politoloq Caspin Amlerin məqaləsini dərc edib. SİA adıçəkilən mətbu orqana istinadən xəbər verir ki, məqalə Ermənistan və Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə və son günlər cəbhədə baş verən hadisələrə həsr olunub. Yazıda qeyd edilir ki, mövcud vəziyyət və cəbhə xəttində baş verənlər regionda ötən iyirmi ildə baş verən ən ciddi qarşıdurmadır.

Müəllif işğal olunmuş ərazilərimizdə baş verən hadisələri Prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə Vaşinqtona səfəri, eləcə də orada apardığı uğurlu danışıqları ilə əlaqələndirib. Caspin Amler xüsusilə vurğulayıb ki, ABŞ prezidentinin Azərbaycanın dövlət rəhbərinə dəvət göstərməsi bu ölkənin strateji əməkdaşlıqdakı əhəmiyyətinin, eləcə də qlobal nüvə təhlükəsizliyi, eləcə də terrorla mübarizəsinin aşkar göstəricisidir.

"Azərbaycan sabit hakimiyyəti, dayanıqlı iqtisadiyyatı və etnik tolerantlığı ilə Qafqazda stabil güc rolunu oynayır"-deyə vurğulanan məqalədə həmçinin qeyd edilir ki, belə məqamda Azərbaycan Prezidentinin səfəri kifayət qədər önəm kəsb edən faktorlardandır.

Caspin Amler bildirib ki, Azərbaycan dünyadakı güclü imici və əhəmiyyətli strateji tərəfdaşlığı ilə Ermənistan tərəfindən işğal olunmuş marionet "Dağlıq Qarabağ Respublikası"nı dəfələrlə üstələyir. Siyasi ekspert qeyd edir ki, erməni hərbi birləşmələrinin cəbhə xətti boyu təxribatlar törətsə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı cavab alıb. Müəllif eyni zamanda istisna etmir ki, ermənilər bu vasitə ilə Azərbaycanı dünyaya təcavüzkar kimi tanıtmağa cəhd edib.

Ermənistanın siyasi və iqtisadi müstəqilliyinə gəlincə, Caspin Amler vurğulayıb ki, bu ölkədə ümumiyyətlə müstəqil baxışlar mövcud deyil. Belə ki, erməni millətçiliyi və təcavüzkarlığı bu ölkəni uçuruma doğru yuvarladıb.

"Beynəlxalq ictimaiyyət Ermənistandan BMT-nin Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Baş Assambleyasının qəbul etdiyi qətnamələrin icrasını tələb etməlidir"-deyə siyasi ekspert sözügedən yazısında vurğulayıb. Amler nəticə olaraq, münaqişənin tez bir zamanda həll edilməsi vacibliyini yazıb.

Qeyd edək ki, Caspin Amlerin məqaləsi ABŞ-ın digər nüfuzlu media orqanlarında da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə