Bahar Muradova: "Bu haqq işi mütləq sona çatacaq"

"Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Bunun üçün də şəhidlərimiz öz qanlarını vətən uğrunda tökdülər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, budəfəki vəziyyət fərqlidir: "Mülki əhali tamamilə başqa əhval-ruhiyyədədir. Bir gözü ağlayan, bir gözü gülən şəhid analarının qüruru var ki, övladları vətən uğrunda şəhid olublar. Mülki əhali bu gün özünü səngərdə hiss edir. Heç bir kəs öz yerindən tərpənmədən həyatlarına davam edir. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tərk etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə