Əli Orucov: “Qərbin siyasi partiyaların inkişafında marağı yoxdur” AÇIQLAMA
"Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verənlərin azad Azərbaycan naminə partiya yaratmasından daha çox vacib məsələlər var. Ona görə də partiyaların yeni strukturunun yaradılması o qədər də diqqətçəkən məqam deyil". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan ictimaiyyətini, iqtidar və müxalifəti ümumiyyətlə hər kəsi maraqlandıran cəbhədə baş verən hadisələrdir: "Arzu edirik ki, Azərbaycan ordusu başlatdığı uğuru, əməliyyatı tam qalibiyyətlə sona çatdırsın".
O əlavə edib ki, əgər kimsə partiya yaratmaq və onun sədri olmaq istəyirsə buyursun etsin: "Şübhə etmirəm ki, bütün bunların arxasında Qərbin siyasi dairələri dayanır. Əslində Qərbin Azərbaycanda siyasi partiyaların inkişafında marağı yoxdur. O mənada Qərbin burada hansısa rolundan danışmağı absurd hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB