AŞPA prezidenti: "Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır"

Dağlıq Qarabağda zorakılıq halları və insanların ölümü ilə bağlı məlumatlar məni çox kədərləndirib. SİA-nın xəbərinə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun bəyanatında deyilir. Bəyanat AŞ PA-nın saytında yerləşdirilib.

Aqramunt tərəfləri atəşkəsə riayət etməyə, sülh danışıqlarını bərpa etməyə çağırıb.

AŞPA Azərbaycanın birtərəfli atəşin dayandırılması haqqında qərarını alqışlayıb.

"Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır", bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...